17:33 - 30.03.2018
30 mart, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasında (AzTa) struktur dəyişiklikləri aparılıb.
AzTa-nın məlumatında deyilir ki, gəlmə turizm komitəsinin iclası keçirilib və komitənin yeni rəhbəri seçilib.
“AzTa-nın gəlmə turizm komitəsinin yeni rəhbəri Nəsib Usubov seçilib. Bundan öncə həmin vəzifəni Murad Kərəmov icra edirdi”, - məlumatda belə deyilir.
Komitə rəhbərləri AzTa-nın daxili prosedurlarına uyğun olaraq, bir il müddətinə seçilir.
8 Avqust 2026
8 Avqust 2026