17:29 - 14.07.2021
14 iyul, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 382 ictimai iaşə obyektində 654 monitorinq keçirib.
AQTA-dan ABC.AZ-a verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.