11:15 - 19.02.2021
19 fevral, Fineko/abc.az. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) xarici ölkələrdəki nümayəndələrinin sayını artırır.
ABC.AZ-ın məlumatına görə, ASK-nın Özbəkistana nümayəndəsi təyin edilib. Bu vəzifəyə Fərid Aqil oğlu Verdiyev təyin edilib.
F.Verdiyev 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq, 2000-2004-cü illərdə Bakı Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat və 2013-cü ildə Moskva Dövlət İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı ixtisasları üzrə təhsil alıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026