15:17 - 1.03.2018
1 mart, Fineko/abc.az. 2017-ci ildə Bakı əhalisinin sayı 16,770 nəfər və ya 0,7% artmışdır.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə görə, paytaxtda 2 262 560 nəfər yaşayır, onların 49,7%-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir.
“Bir kvadrat kilometrə düşən əhalinin sayı 1057 nəfər olub”, - məlumatda belə deyilir.