12:13 - 11.02.2021
11 fevral, Fineko/abc.az. Sərt karantin rejimi dövründə onlayn sifariş və çatdırılma xidmətləri ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə Bakıda sorğu keçirilib.
“Media Təhlil Mərkəzi”ndən ABC.AZ-a daxil olan məlumata görə, sorğuda iştirak edən 502 respondentin 50,4%-ini qadınlar, 49,6%-ini isə kişilər təşkil edib.
Sorğu iştirakçılarının 38,8%-i çatdırılma xidmətlərinin keyfiyyətindən ümumilikdə razı olsalar da, respondentlərin 48,6%-i sifarişlərinin bəzən vaxtında çatdırılmadığını bildiriblər.
Cavab verənlərin 12,6%-i isə sifarişlərinin arzuolunan formada çatdırılmadığını qeyd ediblər.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026