16:23 - 10.02.2021
10 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri tərəfindən "Caspian Catering Supply" MMC tərəfindən Belarusdan Azərbaycan idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.
AQTA-dan ABC.AZ-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində 15.12.2020-ci il tarixində istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.
Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026