Neft qiymətləri artmaqda davam edir, Brent artıq $61/barel-dən yuxarıdır

10:05 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri çərşənbə axşamı bütün dünyada tələbatın bərpası ilə bağlı gözləntilər əsasında artmaqda davam edir.

Saat 9:39-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in aprel neft fyuçersinin qiyməti barrel başına $0,51 (0,84%), $61,07-a yüksəldi. Fevralın 8-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersləri $1,22 (2,06%) - barrel başına $60,56-a qədər artıb.

Saat 9:39-da Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI-nin mart fyuçersinin qiyməti $0,49 (0,85%) - barrel başına $58,46-a qədər artıb. Fevralın 8-də keçirilən ticarətin nəticələrinə görə, mart fyuçersinin qiyməti 1,12 (1,97%) – bir barel üçün $57,97-a yüksəldi.