12:22 - 5.02.2021
5 fevral, Fineko/abc.az. Türkiyədə yay turizm mövsümü bir neçə aydan sonra bərpa olunacaq.
ABC.AZ-ın məlumatına görə, qardaş ölkədə turizm mövsümü dərhal deyil, tədricən bərpa olunmağa başlayacaq.
Belə ki, ilk növbədə, Aralıq dənizindən başlayacaq, daha sonra isə Egey dənizini əhatə edəcək.
Ölkə rəsmiləri bildirib ki, məqsəd yay mövsümünə aprel ayında başlamaqdır.
Bu mərhələdə əsasən Avropa ölkələrindən turistlər gözləyirik deyə rəsmilər vurğulayıb.
Müəllif: Elmir Murad