16:39 - 4.02.2021
4 fevral, Fineko/abc.az. Azərbaycanda sürücülərin 85%-dən çoxu yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətindən narazıdır.
ABC.AZ xəbər verir ki, bu nəticələr Media Təhlil Mərkəzinin (MTM) ötən ay keçirdiyi sorğu əsasında əldə edilib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 85,2%-i satılan yanacağın keyfiyyətindən narazı, 14,8%-i isə razıdır. “Hansı yanacaq növündən istifadə edirsiniz” sualına respondentlərin 65%-i AI -92, 18,5%-i AI-95 markalı benzindən, 13,4%-i dizel yanacağından istifadə etdiyini bildirib. AI-98 markalı benzindən cəmi 2,4%, maye qazdan isə 0,4% respondent istifadə edir.
Müəllif: Elmir Murad
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026