12:41 - 28.02.2018
28 fevral, Fineko/abc.az. Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və “PASHA Travel” turizm şirkəti bu gün, “Baku Card” şəhər kartlarının tətbiqinin başlanması haqqında memorandum imzaladılar.
Memoranduma əsasən, 24 saatlıq kartların qiyməti 35 manat, 72 saatlıq – 60 manat, bir həftəlik kartların qiyməti isə 90 manat təşkil edəcək.
Birinci mərhələdə bir neçə min kart hazırlanacaq. Kartlar, Bakı Nəqliyyat Agentliyinin, “Bakı Kart” kartları istehsal edən prosessinq mərkəzində hazırlanacaq.
İmzalanma əsnasında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib ki, layihənin tamamlanması, xüsusilə, statistikanın hesablanması, rentabellik ilə məşğul olacaq, kartın dizaynını hazırlayacaq və s. detalları işləyəcək xüsusi işçi qrupu yaradılacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026