Bu gömrük rüsumlarının həcmi azalıb

14:22 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. 2020-ci il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 938 milyon 242,2 min manat daxil olub.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, bu da 2019-cu illə müqayisədə 10,7% azdır.

Qeyd olunub ki, ötən il dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2019-cu il ilə müqayisədə 8,4% azalaraq 1 milyard 16 milyon 609 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 8,7% azalaraq 2 milyard 741 milyon 485 min manata bərabər olub. Aksizlər üzrə 2020-ci il ərzində daxilolmalar 42,5% azalaraq 143 milyon 511,1 min manat təşkil edib.

Müəllif: Elmir Murad