10:28 - 6.01.2021
6 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanının fevral-mart aylarında hasilatı əlavə olaraq azaldacağı elan edildikdən sonra, çərşənbə günü neftin etalon markalarının qiyməti ticarətdə artmaqdadır.
Saat 9:54-də London ICE Futures əmtəə birjasında Brent-in mart fyuçersinin qiyməti bir barrel üçün $0,27 (0,50%) təşkil edərək $53,87 səviyyəsinə yüksəldi. 5 yanvarda keçirilən ticarətin nəticələrinə görə, Brent-in mart ayına olan fyuçersləri $2,51 (4,91%) – bir barelə $53,60 qiymətinə yüksəldi.
Saat 9:54-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,08 (0,16%) – barrel başına $50,01-ə yüksəldi. Yanvarın 5-də hərracların nəticələrinə görə WTI-nin fevral ayına olan fyuçersi $ 2,31 (4,85%) – barel başına $49,93 qədər artıb.
5 yanvar ticarətinin nəticələrinə görə, neft qiymətləri 2020-ci ilin fevral ayından etibarən maksimuma yüksəldi.
OPEC+ ölkələri çərşənbə axşamı baş tutan görüş zamanı neft hasilatının mart ayından sonra sutkada 2 mln. barrelə tədricən artırılması barədə razılığa gəliblər.
Səudiyyə Ərəbistanı fevral və mart aylarında hasilatı əlavə olaraq 1 milyon b/s azaldacaq.
14 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026