16:21 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. 2021-ci il üzrə neftin-qazın sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən bonus ödənişləri 456,5 milyon ABŞ dolları və ya 776,05 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, bu, manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 9,7 milyon manat və ya 1,3 % çox, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 8,3 milyon manat və ya 1,1 % çoxdur. Belə ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”inə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd ABŞ dolları ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin 4-ci hissəsi - 450 milyon ABŞ dolları və ya 765 mln manatı 2021-ci ilin ilk ayında ödənilməsi nəzərdə tutulur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026