12:06 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. Qlobal neft bazarında qeyri-müəyyənlik səviyyəsi artır.
ABC.AZ-ın məlumatına görə, bunu OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşündə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman deyib.
O qeyd edib ki, 2020-ci il çətin keçib.
"Lakin “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan ölkələr bütün çətinliklərə qarşı davamlılıq nümayiş etdiriblər. Virusa qarşı peyvəndin dünyada yayılmasının iqtisadi dirçəliş və neft tələbatı üçün xoşagələn əlamətlərdir. Lakin neft bazarında qeyri-müəyyənlik səviyyəsi get-gedə artmaqdadır" deyə nazir qeyd edib.
11 Avqust 2026
11 Avqust 2026