16:12 - 24.12.2020
24 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi bir müddət əvvəl "Komitənin yeni inzibati binasının tikintisi" üçün elan etdiyi tenderi yekunlaşdırıb.
ABC.AZ-ın məlumatına görə, qalib “Progress” Sənaye İstehsalat Şirkəti seçilib.
Komitə qalib şirkət ilə məbləği 30 milyon manat olan müqavilə imzalayıb. Bu, 2020-ci ildə Komitənin “Progress” Sənaye İstehsalat Şirkətilə bağladığı 3-cü müqavilədir.
Müəllif: Elmir Murad