Dünya bazarında "Azeri Light" nefti bahalaşıb

10:14 - 23.09.2026


23 Sentyabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

"Azeri Light" markalı xam neftin bir barelinin qiyməti 0,91 ABŞ dolları və ya 0,78% artaraq 117,74 ABŞ dolları (200,16 AZN) təşkil edib.

Məlumat üçün bildiriək ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), rekord maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.