09:33 - 23.09.2026
23 sentyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşməkdə davam edir.
Saat 09:30-a olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin noyabr fyuçersinin qiyməti 0,73 dollar (0,74%) azalaraq bir barel üçün 98,52 dollar təşkil edib. Sentyabrın 22-də keçirilən hərracların yekununda bu müqavilənin qiyməti 1,09 dollar (1,09%) ucuzlaşaraq bir barel üçün 99,25 dollar olmuşdu.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin noyabr fyuçersinin qiyməti saat 09:30-da 1,22 dollar (1,35%) aşağı enərək bir barel üçün 89,30 dollar olub. Sentyabrın 22-də keçirilən hərracların yekununda müqavilənin qiyməti 1,85 dollar (2,00%) azalaraq bir barel üçün 90,52 dollara düşmüşdü.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026