11:49 - 5.10.2020
5 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin yanvar-avqust ayları ərzində sığortanın bir sıra növləri üzrə hesabat yayıb.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 25 milyon 629,7 min manat sığorta haqqı yığılıb, 8 milyon 327,8 min manat ödəniş edilib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 16%, ödənişlərdə isə 6,2% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 528 milyon 653 min manat (illik 12,5%-lik artım), ödənişləri 262 milyon 996 min manat (illik 49,9%-lik artım) təşkil edib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026