11:25 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosasiyası (ASA) tərfindən statistik hesabatlılıq tərtib olunacaq.
ABC.AZ-ın məlumatına görə, bunu bu gün ASA-nın yeni konsepsiyasının təqdimatında qurumun icraçı direktorunun müşaviri Məmməd Ağayev deyib.
O qeyd edib ki, ASA bundan sonra pandemiya dövründə sığorta sektorunda yaranmış boşluqları doldurmağa çalışacaq.
O ASA-nın qarşıdakı planlarını da açıqlayıb.
"Biz çalışacağıq ki, dünya təcrübəsini Azərbaycana gətirək. Bunun üçün bir sıra planlarımız var" - deyə M. Ağayev qeyd edib.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026