11:07 - 30.01.2018
30 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev yeni iri infrastruktur layihəsinin həyata keçirilməsini bildirib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, cari ildə 2300 km uzunluğunda avtomobil yolları tikiləcək.
“Eyni zamanda, bu il biz Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq”, - İ.Əliyev belə deyib.