15:18 - 24.01.2018
24 yanvar, Fineko/abc.az. Azərbaycanın kommersiya bankı “AFB Bank” 2017-ci il üzrə maliyyə fəaliyyətinin nəticələrini açıqlayıb.
Bankın hesabatına əsasən, bankın cəmi gəlirləri 36,196 milyon manat, o cümlədən faiz gəlirləri 24,674 milyon manat, qeyri-faiz gəlirləri 11,522 milyon manat təşkil edib.
“Bank, xüsusi ehtiyatın yaradılmasına 30,006 milyon manat ayırdığı 2017-ci ili 12,185 milyon manat zərər ilə başa vurub, halbuki, 2016-cı ildə Bank 537 min manat xalis mənfəət əldə etmişdir”, - hesabatda belə deyilir.
2017-ci ilin sonunda Bankın cəmi kapitalı 18% azalaraq 66,546 milyon manata enib, nizamnamə kapitalı 70,393 milyon manat olaraq qalıb.
27 İyul 2026