10:46 - 23.01.2018
23 yanvar, Fineko/abc.az. Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının idxalına iki dəfə yüksəldilmiş yeni aksiz vergisi qüvvəyə mindi.
Azərbaycanın Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 23-dən etibarən səməni pivəsinin idxalına aksiz vergisi 1 litr üçün 1 manatdan 1,7 manata qədər, üzüm alkoqollu içkiləri, o cümlədən üzüm suslosunun 1 litri üçün 2 manatdan 3,5 manata qədər, şampan şərablarının 2,5 manatdan 5 manata qədər, viskinin 1 litri üçün 6 manatdan 10 manata qədər, vodkanın 1 litri üçün 6 manatdan 10 manata qədər, likörlərin 1 litri üçün həmçinin 6 manatdan 10 manata qədər qaldırılıb.
Siqarların idxalına aksiz vergisi 1 min ədəd üçün 10 manatdan 20 manata qədər, siqaretlərin idxalına aksiz vergisi 1 min ədəd üçün 4 manatdan 12 manata qədər qaldırılıb.
27 İyul 2026