ABŞ və Çin $30 mlrd dəyərində mallar üzrə rüsumların ləğvini müzakirə edir

15:57 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Çin və ABŞ ümumi dəyəri təxminən $30 mlrd olan mallar üzrə rüsumların qarşılıqlı ləğvi şərtlərini müzakirə etməyə başlayıb. Tərəflər bizneslə məsləhətləşmələr aparır və ticarət maneələrinin azaldılması üzrə çərçivəni müzakirə edir.

Çin Ticarət Nazirliyinin məlumatına görə, dialoq artıq şirkətlər və sahə strukturları ilə davam edir. Danışıqlar ABŞ-ın proteksionist siyasəti fonunda yaranmış məhdudiyyətlərin yumşaldılmasına yönəlib. Yanvar-iyun aylarında ikitərəfli ticarət dövriyyəsi $289 mlrd-ı ötüb və ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, dəyişməyib.