Azərbaycan bu dövrdə 8 min 341 ton meşə fındığı ixrac edib

16:44 - 22.07.2026


22 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan 8 min 341 ton meşə fındığı ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 95 milyon 584 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 417 ton (22,4 %) az, dəyər baxımından isə 18 milyon 914 min ABŞ dolları (24,6 %) çoxdur.

Hesabat dövründə meşə fındığı ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.