11:10 - 24.06.2020
24 iyun, Fineko/abc.az. Bu ilin əvvəlindən indiyədək Azərbaycanda maliyyə və sığorta sektorunda çalışanların əmək haqlarının miqdarı açıqlanıb.
ABC.AZ xəbər verir ki, 2020-ci ilin ilk 4 ayında bu sektorda çalışanların maaşı 20% artıb.
Sözügedən sahələrdə orta aylıq əmək haqqı 1631 manatdan 2 004 manata yüksəlib.
Bu sahələrdə 28,6 min nəfər çalışır. Onların 5,5 mini dövlət sektorunda, 23,1 min nəfər isə özəl sektorda çalışır.
Müəllif: Elmir Murad