14:58 - 23.06.2020
23 iyun, Fineko/abc.az. “City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 93 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ-ın report-a istinadən məlumatına görə, adıçəkilən BOKT 2018-ci ildən 39 min manat zərərlə çıxmışdı.
Hesabata əsasən, ötən il “City Finance”ın vergiyəqədərki mənfəəti 116 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 23 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib. Bu il yanvarın 1-nə “City Finance”ın aktivləri 5,4 milyon manat olub ki, bu da illik müqayisədə 22 dəfə çoxdur. Bunun 5,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 16,5 dəfə böyüyüb.
Hesabat dövründə “City Finance”ın öhdəlikləri 27,4 dəfə artaraq 1,5 milyon manata, balans kapitalı isə 20,6 dəfə artaraq 3,9 milyon manata çatıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026