16:24 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Almaniyanın "Uniper" energetika konserni Norveçin dövlət şirkəti "Equinor" ilə təbii qazın idxalı üzrə 15 illik uzunmüddətli müqavilə bağlayıb. Saziş 1 yanvar 2027-ci ildən 31 dekabr 2041-ci ilədək olan dövrü əhatə edir.
Müqavilə üzrə ümumi tədarük həcmi 30 TVt-saatı (təxminən 2,9 milyard kubmetr) ötəcək ki, bu da Almaniyanın illik ümumi qaz tələbatının təxminən 3,5%-nə bərabərdir.
Hazırda Norveç Almaniya üçün əsas qaz tədarükçüsüdür və bütün idxalın təxminən 44%-ni təmin edir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026