Krediti olanlar da ünvanlı sosial yardım ala biləcək - Açıqlama

15:23 - 5.05.2020


5 may, Fineko/abc.az. Ünvanlı sosial yardımın sadələşdirilməsi istiqamətində daha bir addım atılıb. Belə ki, bundan sonra kredit borcu olanlar da ünvanlı sosial yardım ala biləcəklər.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Babək Hüseynov İctimai tv-yə müsahibəsində deyib.

O qeyd edib ki, kreditlərin ünvanlı sosial yardım təyin edilməsində heç bir əhəmiyyəti qalmayacaq: "Bundan başqa yardım təyin edilən zaman vətəndaşlardan, əmək haqqları, pensiya təyinatı, əllilik statusu, işsizlik statusu, nəqliyyat vasitəsinin olub olmaması, ödənişli əsaslar ilə təhsil alma, fərdi ev və s kimi məlumatlar soruşulmayacaq.''

Müəllif: Elmir Murad