AMB depozit hərracında 200 milyon manat cəlb edib

12:18 - 4.05.2020


4 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 200 mln. manat cəlb edib.

“AMB mayın 4-də növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 271,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.