10:46 - 29.04.2020
29 aprel, Fineko/abc.az. "Azərbaycan əhalisi, iş adamları hökumətin, o cümlədən Mərkəzi Bankın atdığı addımlardan anlamalıdır ki, biz bu qeyri-adi böhranın qarşısından geri çəkilmirik".
ABC.AZ-ın məlumatına görə, bunu AzTV-də qonaq olarkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr bədbin proqnozlar verirlər: "Arzu etdiklərini həqiqət kimi təqdim edirlər. Amma bu, onların dedikləridir, həqiqət deyil. Biz heç kimdən heç nəyi gizlətmirik. Reallıq nədirsə, onu Azərbaycan vətəndaşlarına deyirik. Vəziyyət gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma onu idarə edirik və bundan sonra da idarə etmək fikrindəyik".
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026