16:25 - 27.04.2020
27 aprel, Fineko/abc.az. Dövlət bankı Azər Türk Bank 2020-ci ilin 1-ci rübünü 376 min manat həcmində xalis mənfəət ilə başa vurub.
ABC.Az Bankın yaydığı məlumata görə, ümumi gəlirlər 7,6 milyon manat, xərclər 7,2 milyon manat təşkil edib. 01 aprel 2020-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 338,2 milyon manat səviyyəsində olub. Bankın kredit portfelinin həcmi 161,6 milyon manat təşkil edib ki, bu da ötən ilki göstəriciyə nisbətən 3% çoxdur.
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026