Bu il ən çox kreditlər banklar tərəfindən verilib - 97 faiz

10:49 - 21.04.2020


21 aprel, Fineko/abc.az. 2020-ci ildə kreditlərin 97,5 faizi banklar tərəfindən verilib.

ABC.AZ Mərkəzi Bankın təqdim etdiyi məlumata istinadən xəbər verir ki, bu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 696,4 milyon manat olub.

Ümumi kredit portfelinin 12 milyard 794,9 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 297,8 milyon manat olub və ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.