17:37 - 8.04.2020
8 aprel, Fineko/abc.az. Hər gün apteklərə maska paylanılır.
ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, artıq Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayıb və gün ərzində 100 mindən çox maska satılır. NK rəsmisi icazələr məsələsinə də toxunaraq dövlət qurumlarını ittiham edib: "Dövlət qurumları tərəfindən də qanunsuz icazələrə yol verilir. İcazə üçün saxta arayış hazırlayanlar var. Dövlət qurumlarına 30 faiz işçiyə icazə almaq limiti olsa da, onlar bu limiti aşırlar”.
27 İyul 2026
28 İyul 2026