11:24 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatında iki ölkə arasında ikitərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib.
Şuşada keçirilən görüşdə Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla davam edir və siyasi təmaslar müntəzəm xarakter alır.
Dinamik əlaqələrin hər iki tərəfin niyyətini nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq”.
“Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”, - deyə Prezident vurğulayıb.