CXMT səhmləri 470% bahalaşdı: Çində rekord IPO

21:32 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Çinin yaddaş çipləri istehsalçısı ChangXin Memory Technologies-in (CXMT) səhmləri Şanxaydakı STAR bazarında debüt ticarətində 5,7 dəfə artıb.

Şirkət materik Çini üçün rekord sayılan 66,6 milyard yuan ($9,8 milyard) cəlb edib, bazar kapitallaşması isə 3,3 trilyon yuana ($490 milyard) çatıb.
CXMT süni intellektin sürətli inkişafı və DRAM çipləri çatışmazlığı fonunda Samsung, SK Hynix və Micron ilə rəqabət aparmağı planlaşdırır; bu çiplər artıq Apple tərəfindən də sınaqdan keçirilir. Şirkət qlobal bazarın təxminən 8%-ni tutur və 2020-ci ildə SMIC-in IPO-sundan bəri Çində ən böyük yerləşdirmə olub.