Gürcüstan parlamentinin spikeri ölkənin Aİ-yə üzvlüyünün məqsədəuyğunluğunu sual altına alıb

21:57 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqında qərarların qəbulu zamanı konsensus (yekdillik) prinsipinin ləğv ediləcəyi təqdirdə, kiçik dövlətlər üçün təşkilata üzvlüyün mənasını itirəcəyini bildirib.

Spikerin sözlərinə görə, qərarların səs çoxluğu ilə qəbul edilməsi təklifi Aİ-nin yaradıldığı təməl dəyərlərə təhdid yaradır və birliyi bərabərhüquqlu dövlətlər ittifaqından iri ölkələrin idarə etdiyi bir sistemə çevirir. Papuaşvili vurğulayıb ki, namizəd ölkələrə bərabərhüquqlu üzvlük deyil, hüquq və təsir rıçaqlarının məhdudlaşdırıldığı, öhdəliklərin isə artırıldığı əvvəlcədən dəyişdirilmiş bir sistem təklif olunur.