11:59 - 8.04.2020
8 aprel, Fineko/abc.az. Koronavirus pandemiyasının yarandığı Çinin Uhan şəhərində bütün giriş-çıxışlar bərpa edilib, hərəkət məhdudiyyəti aradan qalxıb.
ABC.AZ xəbər verir ki, artıq əhalinin şəhəri tərk etməsinə icazə verilir.
Hazırda şəhərdəki karantin vəziyyəti ləğv olunub və ora ölkənin müxtəlif yerlərindən ezam oulnan 40 000 həkim geri qayıdır. Buna baxmayaraq hökümət bir çox idarələrin hələ də online qaydada işləməsinə üstünlük verir. Son 24 saat ərzində Çində koronavirusdan cəmi 1 ölüm halı qeydə alınması da pandemiyanın sovuşduğuna dair ümidləri daha da artırır.
Qeyd edək ki, COVİD-19 virusundan dolayı 23 yanvardan etibarən şəhərdə fövqəladə vəziyyət elan edilmiş, Uhan ətraf aləmdən tamamilə təcrid olunmuşdu.
Müəllif: Elmir Murad
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026