14:08 - 31.03.2020
31 mart, Fineko/abc.az. 2020-ci ilin fevral ayının göstəricilərinə əsasən, əhalinin banklardakı əmanətləri 105,9 milyon manat artaraq martın 1-nə 8 milyard 694 milyon 400 min manata çatıb.
ABC.AZ xəbər verir ki, bu statistika Mərkəzi Bankın açıqladığı hesabatda qeyd olunub. Hesabata əsasən, fevralın 1-də əhalinin əmanətləri 8 milyard 588 milyon 500 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə (yanvar-fevralda) əhalinin əmanətləri 56,5 milyon manat artıb. Yanvarda isə əhalinin əmanətləri 49,4 milyon manat azalmışdı.
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026