10:17 - 18.03.2020
18 mart, Fineko/abc.az. Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.
ABC.AZ AZAL-a istinadən xəbər verir ki, aviaşirkət İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini Azərbaycana qaytarıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026