Mərkəzi Bankın fəaliyyəti məhdudlaşdı - Müraciətlərin qəbulu təxirə salındı

14:45 - 17.03.2020


17 mart,Fineko/abc.az. Bu gündən Mərkəzi Bankda vətəndaşların müraciətlərinin qəbulu rejimində müvafiq dəyişikliklərin tətbiqinə başlanıb.

ABC.AZ Banka istinadən xəbər verir ki, Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub. Bununla əlaqədar vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/)vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, yazılı müraciətlər Mərkəzi Bankda quraşdırılmış məktublar qutusuna atıla bilər.