Qızıl 18 dollara yaxın bahalaşdı - Birja

09:58 - 17.03.2020


17 mart, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 17,40 dollar bahalaşaraq 1 503,90 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,09 dollar artaraq 12,91 dollara satılıb.