12:13 - 16.03.2020
16 mart, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edib.
ABC.AZ-ın məlumatına görə, V.Qasımlı şərhində qeyd edib ki, Azərbaycan manatının ABŞ dolları qarşısında sabitiliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutlarının ucuzlaşması baş verir.
Onun sözlərinə görə, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5 faiz, rus rublu 9,8 faiz, türk lirəsi 1,4 faiz, Ukrayna qrivnası 5,9 faiz, Çin yuanı 0,39 faiz və qazax təngəsi 6,7 faiz dəyər itirib: "Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb. Real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır.
Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar - alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, “Big Mak” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub".
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026