14:16 - 4.03.2020
4 mart, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncədə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirəcək.
ABC.AZ xəbər verir ki, bununla bağlı razılıq Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterink arasında keçirilən görüşdə əldə olunub.
Görüş zamanı qeyd olunub ki, proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək.
Görüşdə bildirilib ki, bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026