11:18 - 4.03.2020
4 mart, Fineko/abc.az. Qarşıdakı 3 illiklə bağlı tədbirlər planı hazırlamışıq.
ABC.AZ xəbər verir ki, bunu VTB Azərbaycanın İdarə Heyətinin sədri Yevgeni Kirinin bankın 2019-cu il fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən ili bank 4,8 milyon manat mənfəətlə başa vurub. Y. Kirin bildirib ki, 2019-cu ildə bankın xalis faiz gəlirləri 3,8 milyon manat təşkil edib. Bununla yanaşı bankın xalis komissiya gəliri də artıb.
Belə ki, 2019-cu ildə bankın xalis gəliri 1,2 milyon manat olub ki, bu da 2018-ci illə müqayisədə 0,4 milyon manat və ya 54 faiz çox deməkdir: " Ötən il bankın kapitalı 58 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 9 faiz çoxdur. Sözügedən dövrdə bankın əməliyyat mənfəəti 6,5 milyon manat olub. Bankın kapital adekvatlığı Mərkəzi Bankın tələblərinə müvafiq olaraq 58,5 faiz təşkil edib".
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026