17:07 - 29.12.2017
29 dekabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun (AƏSF) Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.
AƏSF-in məlumatında deyildiyi kimi, sığortalanmış əmanətlər üzrə kompensasiyalar 1 fevral 2018-ci il tarixindən “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə veriləcək.
“Dəmirbank”ın lisenziyası, bankın ümumi kapitalının minimum tələbə uyğunsuzluğu, ümumi kapitalın adekvatlıq əmsalının 3%-dən aşağı olması və kreditorlara öhdəliklərin yerinə yetirilməməsi səbəbindən, dekabrın 23-dən ləğv edilmişdir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026