17:25 - 12.02.2020
12 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon manat ayrıldı.