12:28 - 5.02.2020
5 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracında 100 milyon manat cəlb edib.
“AMB fevralın 5-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərrac zamanı təklif 627,9 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz dərəcəsi 5,51% təşkil edib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 28 gün müddətinə cəlb edilib.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026