Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün büdcəsi təsdiq edilib

17:38 - 26.12.2017


26 dekabr, Fineko/abc.az.  Azərbaycan Prezidenti İlham Əliyev sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında qanunu təsdiq edib.

Qanunə əsasən, Əhalinin Dövlət Sosial Müdafiə Fondunun  gəlirləri 3 578 760 000,0 manat, xərcləri 3 578 760 000,0 manat məbləğində təsdiq edilmişdir.

Qanun, 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minir.