Mərkəzi Bank uçot dərəcəsini cüzi endirdi - Qərar bu gündən qüvvəyə minir

12:06 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Mərkəzi Bank uçot dərəcəsini 7,5%-dən 7,25%-ə endirib.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair ənənəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 9% səviyyəsində müəyyən edilib:" Uçot dərəcəsi ilə bağlı verilən qərarın bu gündən qüvvəyə mindir. Mərkəzi Bankın rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə martın 19-da baxacaq".

Müəllif: Elmir Murad