12:05 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. 2019-cu ildə AFB Bankın qeyri-faiz gəlirləri 11 milyon 399 min manat , qeyri-faiz xərcləri 20 milyon 964 min manat olub. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın qeyri-faiz gəlirləri 76,67 min manat və ya 0,6% artıb. Qeyri-faiz xərcləri isə 2 milyon 182 min manat və ya 9,4% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə bankın 2019-cu il üçün açıqladığı maliyyə göstəricilərində qeyd olunub. Hesabata əsasən, 2018-ci ildə bankın qeyri-faiz gəlirləri 11 milyon 323 min manat, qeyri-faiz xərcləri 23 milyon 146 min manat təşkil edib. Bankın 16 milyon 986 min manatlıq əməliyyat mənfəəti olub ki, bu məbləğdən də 9 milyon 648 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb. Həmçinin 1 milyon 094 min manat mənfəət vergisi ödənilib. Yekun nəticədə bankın 6 milyon 244 min manat xalis mənfəəti yaranıb.
Müəllif: Elmir Murad
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026